Bakı, 16 dekabr, AZƏRTAC
Qırğızıstan Milli Elmlər Akademiyası Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Çingiz Aytmatov oxuları - 2025” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, Çingiz Aytmatovun Azərbaycanda əsas tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli konfransın plenar hissəsində “Azərbaycan arxivlərində Çingiz Aytmatovun epistolyar irsi: Qırğızıstan və Azərbaycan arasında ədəbi-mədəni əlaqələr kontekstində” mövzusunda məruzə ilə çıxış edib.
Qırğızıstan Milli Elmlər Akademiyasında keçirilən konfransda yerli alimlər ilə yanaşı, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan və digər ölkələrdən yüzə yaxın məruzə dinlənilib.
Konransdan sonra Çingiz Aytmatovun Ata beyitdə məzarı ziyarət olunub.