Biləsuvar rayonunda salınmış keçmiş məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evləri təmir olunacaq
BAKU.WS-in Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən əldə etdiyi məlumata görə, fərdi evlərin dam örtüklərinin, su ötürücü sistemlərinin və divarlarının yararsız hissələrinin sökülməsi və yenilənməsi nəzərdə tutulur.
Layihənin ehtimal olunan dəyəri 799 min manat təşkil edir.
Təmir işləri məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına və evlərin istismar müddətinin uzadılmasına xidmət edəcək.