RU

Macarıstan ABŞ-dən LNG tədarükü üçün beşillik müqavilə imzalayıb

Bakı. Trend:

Macarıstan ABŞ-dən mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünədair beş illik müqavilə bağlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədəMacarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.

Nazirin sözlərinə görə, müqavilə çərçivəsində Macarıstan hər il400 milyon kubmetr LNG alacaq. Beləliklə, beş il ərzində ölkəyəümumilikdə 2 milyard kubmetr Amerika LNG-si tədarük ediləcək.

“Bu gün ABŞ–Macarıstan enerji əməkdaşlığında mühüm mərhələyəçatdıq və ildə 400 milyon kubmetr LNG tədarükünü nəzərdə tutanmüqavilə imzaladıq. Biz enerjini mümkün qədər çox satıcıdan vəmümkün qədər çox marşrut üzrə, ən aşağı qiymətlər təmin olunmaqşərti ilə almaqda maraqlıyıq”, – deyə Siyarto vurğulayıb.

O qeyd edib ki, bu razılaşma Macarıstanın enerji təchizatınınşaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsibaxımından mühüm əhəmiyyət daşıyır.

Məqalədə:
Избранный
46
1
az.trend.az

2Источники