Bakı. Trend:
Bu ilin may ayında “Liverpul” futbol klubunun çempionluqmərasimi zamanı avtomobilini kütlənin üzərinə sürərək 134 nəfəriyaralayan Pol Doyl 21 il 6 ay müddətinə azadlıqdan məhrumedilib.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, 54 yaşlı Doylun işi üzrə məhkəməprosesi Liverpul Krallıq Məhkəməsində keçirilib.
O, ilkin mərhələdə ittihamları rədd etsə də, sonradan bütünmaddələr üzrə təqsirini etiraf edib.
Məhkəmə Doylu təhlükəli avtomobil idarəetmə iğtişaş törətmə, 17nəfərə qarşı qəsdən ağır bədən xəsarəti yetirməyə cəhd, 9 nəfərəqəsdən ağır bədən xəsarəti yetirmə və 3 nəfəri qəsdən yaralamamaddələri ilə təqsirli bilib.
İttiham tərəfi bildirib ki, aralarında 8 uşağın da olduğu 134nəfərin yaralanmasına səbəb olan Doyl qəzəbli vəziyyətdə hərəkətedib və insanların təhlükəsizliyini bilərəkdən nəzərə almayıb.Məhkəmə hadisə zamanı sürücünü dayandırmağa çalışan Daniel Barrınhərəkətlərini də xüsusi qeyd edib.
Hakim hökmü elan edərkən vurğulayıb ki, insanların həyatını açıqşəkildə təhlükə altına atan bu cür davranış heç bir şəkildəəsaslandırıla bilməz.