RU

“Elektron siqaretlər öskürək və nəfəs darlığına səbəb olur” Həkim

ain.az bildirir, Demokrat.az portalına istinadən.

“Elektron siqaretlərin idxalı, istehsalı və satışının qadağan edilməsi ağciyər sağlamlığı üçün çox vacib addımdır. Bu məhsulların zərərsiz olması ilə bağlı fikirlər düzgün deyil”. Bunu Demokrat.az-a açıqlamasında pulmonoloq  Elvin Məmmədov  deyib.Onun sözlərinə görə, elektron siqaretlər ağciyərlərə ciddi zərər verir:“Elektron siqaretlər tənəffüs yollarında qıcıqlanma yaradır. Öskürək və nəfəs darlığına səbəb ola bilər. Uzun müddət istifadə edildikdə xroniki ağciyər problemləri yarana bilər. Xüsusilə gənclər üçün bu məhsullar daha təhlükəlidir. Onlar nikotin asılılığını tez formalaşdırır. Bu isə sonradan adi siqaretə keçidi asanlaşdırır. Həkim olaraq praktikamızda elektron siqaret istifadə edən insanlarda ağciyər şikayətlərinin artdığını görürük. Bu qadağa insanların sağlamlığının qorunmasına xidmət edir. Qərar vaxtında və düzgün atılmış addımdır”. Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
demokrat.az

1Источники