RU

Naxçıvanda zəncirvari qəza: Avtobus dörd avtomobilə çırpıldı – VİDEO

Naxçıvan şəhərində avtobusun iştirakı ilə zəncirvari qəza baş verib.

Hurriyyet.Az Nocomment.az-a istinadla xəbər verir ki, şəhərin İstiqlal küçəsində marşrut avtobusu idarəetmədən çıxaraq əvvəlcə “Opel” markalı avtomobillə toqquşub.

Daha sonra avtobus yol kənarında dayanmış “NAZ-Lifan”, “Toyota” və “Changan” markalı avtomobillərə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Избранный
64
3
hurriyyet.az

4Источники