RU

Kriminal aləmə qarşı ŞOK ƏMƏLİYYAT: “Oğru dünyası”nın 49 üzvü TUTULDU

Gürcüstanda 49 nəfər saxlanılıb, “qanuni oğru”lar axtarışdadır.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Gürcüstanda “oğru dünyası” ilə əlaqədə şübhəli bilinən 49 nəfər saxlanılıb. Daha 14 nəfərə, o cümlədən 5 “qanuni oğru”ya qiyabi ittiham irəli sürülüb.

Daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib ki, DİN son bir neçə ay ərzində hakimin qərarı əsasında xüsusi əməliyyat keçirib. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər xaricdəki “qanuni oğru”larla əlaqə saxlayaraq onların göstərişlərini icra edib, “oğru hesablaşmaları” təşkil edib və maliyyə mübahisələrini kriminal yollarla həll etməyə çalışıblar.

Saxlanılan şəxsləri 15 ilə qədər həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
146
interpress.az

1Источники