Uğursuz nəticələrə görə Azər Həşimovla yolları ayıran “Karvan-Yevlax” kompensasiya məsələsində mütəxəssislə anlaşa bilmir. Baş məşqçi 8 aylıq maaşını tələb etsə də, klub onun istəyinə məhəl qoymur.
Bəs bu məsələ necə olunacaq? Hazırda münasibətlər hansı yerdədi? Narazı tərəfin AFFA-ya, CAS-a şikayət etmək fikri varmı? Həşimovun meneceri Elcan Həsənliyə üz tutduq: “Hələ ki bu barədə danışmaq istəmirik. Yenilik olanda özümüz açıqlama verəcəyik”.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта