ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Uğursuz nəticələrə görə Azər Həşimovla yolları ayıran “Karvan-Yevlax” kompensasiya məsələsində mütəxəssislə anlaşa bilmir. Baş məşqçi 8 aylıq maaşını tələb etsə də, klub onun istəyinə məhəl qoymur. Bəs bu məsələ necə olunacaq? Hazırda münasibətlər hansı yerdədi? Narazı tərəfin AFFA-ya, CAS-a şikayət etmək fikri varmı? Həşimovun meneceri Elcan Həsənliyə üz tutduq: “Hələ ki bu barədə danışmaq istəmirik. Yenilik olanda özümüz açıqlama verəcəyik”.MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.