RU

Arvad uşağın tələbi var, onları... Murad Arif

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Ailə qurmaq gözəldir, amma buna heç vaxt tələsməyin”.

Globalinfo.az xəbər verir ki, bunu bəstəkar, müğənni Murad Arif deyib.

O bildirib ki, ailəni daşımaq lazımdır:

“Atam-anam nəvə görsün” düşüncəsi tələdir.  Oturun, bir normal gənc ailənin aylıq xərclərini hesablayın və bu xərcləri ən azı 5-10 il ərzində qarşılaya biləcəksinizmi, onu düşünün. Allah-Allahla, bəxtə-xuda ayağınızı daşıya bilməyəcəyiniz məsuliyyətə bağlamayın. Arvad-uşağın tələbi var. Sən onları yaşatmalısan. Evlənmək – qız tapıb, hərisini alıb, üzüyünü taxıb, dostlarınla kartej qurub, toyda hoppanıb-düşmək deyil. Toyxananın da pulunu qonaqlar çıxaracaq. Bu, ən asanıdır! Bununla bitmir, əksinə hər şey başlayır”.

M.Arif qeyd edib ki, maddi baxımdan çətinliyi olan, amma ailə həyatı normal davam edən insanların sadəcə şansı gətirib.

“Daşıya bilməyəcəyin yükünü bir az da ağırlaşdırma. Özünü axtar, inkişaf et, məqsədlərini, hədəflərini bəlli et, stabil və qarantiyalı qazancın yolunu tap, sonra ailə qur. İndi gəlib yazacaqlar “Mən evlənəndə heş nəyim yox idi…”, “Uşağın ruzisi göydən gəlir…” , “Evləndim sonra varlandım…”  və sair. Bunu bil ki, onların sadəcə bəxti gətirib. Təbiətdə belə sistem yoxdur, bu nağıllara inanmayın”.

Günel Cəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
116
globalinfo.az

1Источники