RU

“Son illərdə bu istiqamətlərdə mühüm addımlar atılıb”

“Son illərdə kənd təsərrüfatında istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqi, fermerlərin maliyyə və texniki resurslara çıxışının asanlaşdırılması istiqamətində mühüm addımlar atılıb”.

"Cebheinfo.az" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar biznes festivallarının yekunu ilə bağlı tədbirdə bildirib.

Onun sözlərinə görə, rəqəmsal həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformasının genişləndirilməsi, ekoloji cəhətdən dayanıqlı istehsal modellərinə keçid dövlət siyasətinin əsas istiqamətlərindəndir.

“İqlim dəyişikliklərinin təsirlərinin azaldılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə və dəqiq kənd təsərrüfatının tətbiqi aqrar sektorun rəqabətqabiliyyətliliyini daha da artırır.

Məhz bu strateji hədəflərin regionlarda təşviqi məqsədilə Aqrar Biznes Festivalları təşkil olunur. Bu il ölkənin 13 iqtisadi rayonunu əhatə edən 28 rayonda 32 festival keçirilib, bu tədbirlərdə 400 mindən artıq fermer və sahibkar iştirak edib, 8 milyon manatdan artıq satış icra olunub. Festivallar çərçivəsində toxum sərgi-satış yarmarkaları, kredit yarmarkaları, panel müzakirələr və təlimlər təşkil edilib”, - deyə M. Məmmədov əlavə edib.

Nazir qeyd edib ki, bu festivallar kiçik və orta sahibkarlığın inkişafına, qadın fermerlərin və gənclərin aqrar sahəyə fəal cəlb olunmasına, bilik və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verib. Eyni zamanda, məhsul festivalları regionların ixtisaslaşmış kənd təsərrüfatı məhsullarının tanıdılmasına və brendləşdirilməsinə şərait yaradıb.

"Cebheinfo.az"

Избранный
50
2
cebheinfo.az

10Источники