Aktual.az xəbər verir ki, bu barədə "Nokiamob.net” məlumat yayıb.
Bildirilib ki, "Xiaomi” modelləri arasında ilk olaraq "Xiaomi 12” və "Xiaomi 12 Pro” flaqmanları 2026-cı ilin I rübündə təhlükəsizlik dəstəyindən məhrum olacaqlar. "Xiaomi 12X” və "Xiaomi 12 Lite” modelləri 2026-cı ilin martında, "Xiaomi 12T” və "Xiaomi 12T Pro” isə oktyabr ayında yeniləmələri dayandıracaq.
"Redmi Note 12 Pro+ 5G” və "Note 12 Pro 5G” üçün yeniləmələr 2026-cı ilin oktyabrında, "Redmi Note 12 5G” və "Note 12 4G” üçün isə 2026-cı ilin yazında dayandırılacaq.
"Poco” modelləri arasında "Poco F5” üçün dəstək 2026-cı ilin mayında, "Poco X5 Pro 5G” və "Poco X5 5G” üçün isə 2026-cı ilin birinci rübündə başa çatacaq.
Smartfonlarda tətbiqlər işləməyə davam edəcək. Lakin aylıq və ya rüblük təhlükəsizlik yenilənmələrinin olmaması zərərli proqramlara qarşı onları daha həssas edəcək.