RU

Komitə rəsmisi: Beynəlxalq layihələr çərçivəsində türkdilli ölkələrlə əməkdaşlıq planlaşdırılır

Bakı, 17 dekabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən BMT-nin Uşaq Hüquqları Komitəsi (CRC) və Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin (CEDAW) tövsiyələrinin icrası ilə bağlı dövlət qurumlarının məlumatları ümumiləşdirilir və artıq ilkin qiymətləndirmə aparılıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov söyləyib.

O əlavə edib ki, qarşıdakı illərdə Azərbaycanın ailə siyasətinin inkişafı, qadın və uşaq hüquqlarının müdafiəsinə həsr edilmiş beynəlxalq layihələr çərçivəsində türkdilli ölkələrlə əməkdaşlıq planlaşdırır. Bu əməkdaşlıq uşaqlar üçün IT müsabiqələrin keçirilməsi, aktual məsələlərin araşdırılması məqsədilə innovasiyaların tətbiqi və ailə dəyərlərinin qorunması məsələlərini əhatə edəcək.

Избранный
116
1
azertag.az

2Источники