RU

12-ci Prezident Kuboku uğrunda çövkən yarışları başladı

16 dekabr 2025-ci il tarixində saat 15:00-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində 12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının açılış mərasimi və ilk oyunları keçirilib.

Publika.az xəbər verir ki, bu barədə məlumat Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən yayımlanıb.

Açılış mərasimi Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və turnirdə iştirak edən 6 komandanın atlı paradı ilə başlayıb.

Günün ilk qarşılaşmasında Polad komandası Zəfər komandası üzərində 4:0 hesabı ilə qələbə qazanıb. İkinci oyunda isə Embawood komandası Buta Golden komandasını 1:0 hesabı ilə məğlub edib.

Prezident Kuboku uğrunda yarışlar 18, 20 və 22 dekabrda davam edəcək, final oyunu isə 24 dekabrda keçiriləcək.

Избранный
133
publika.az

1Источники