RU

Üç dəfə sürücülük imtahanından kəsilən tələbə müəllimini BIÇAQLADI

Moskvada üç dəfə sürücülük imtahanından kəsilən tələbə müəllimini bıçaqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Moskva sakini Dövlət Yol Polisi İdarəsində (QAİ) imtahandan kəsilincə, bunda müəllimi – 41 yaşlı təlimçi Anatolini günahlandırıb. Tərəflər arasında yaranan münaqişə zamanı sürücülük vəsiqəsi ala bilməyən tələbə müəllimə iki bıçaq zərbəsi endirib, daha sonra hadisə yerindən qaçıb.

Məlum olub ki, təlimçiyə bıçaqla hücum edən Andrey K. imtahandan artıq üçüncü dəfə kəsilibmiş. O, sonuncu cəhdində avtomobili qaraja arxa-arxa park etməyi bacarmayıb. 30 yaşlı Andreyin 10 ildir ki avtomobil arzusunda olduğu bildirilir.

Tərəflər arasında münaqişə yaranıb. Mübahisə zamanı uğursuz sürücü müəllimə iki bıçaq zərbəsi endirib, daha sonra isə hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib, hazırda onun vəziyyətinin stabilləşdiyi bildirilir.

Cinayəti törədən şəxs elə həmin gün saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
110
interpress.az

1Источники