Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Görüntülər Hökməli-Qobu yolundandır. Burada yağış yağan kimi yol sudan və palçıqdan keçilməz olur.
Avtosfer.az xəbər verir ki, vətəndaşlar deyir ki, 1 ildən çoxdur yol istifadəyə yarasız vəziyyətdədir. Ərazidən nəinki piyada, heç avtomobillə də keçmək mümkün deyil.
Vətəndaşlar deyir ki, yolun bu vəziyyətdə olması ərazidən keçən nəqliyyat vasitələrini də sıradan çıxarır.
Problemlə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, qurumun əməkdaşları bu gün əraziyə baxış keçiriblər. Yoldakı problemin həll edilməsi üçün sabah bütün lazımi tədbirlər görüləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.