RU

"Xankəndi" ilə oyuna çıxmasa, çempionatdan kənarlaşdırılacaq

2-ci Liqanın 13-cü turunda "Qaradağ Lökbatan"la oyuna çıxmaqdan imtina edən "Şəki Siti"yə texniki məğlubiyyət verildi. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 14-cü turda digər lider "Xankəndi" ilə qarşılaşmalı olan Şəki təmsilçisi bu matçda da mübarizə aparmaq niyyətində deyil.

Daha doğrusu, 3 aydır ki, maaş almayan, maddi problemlər səbəbindən məşq etməyən  texniki heyət borcları tam şəkildə ödənilməyəcəyi halda, fikrindən dönməyəcək. Bu isə o deməkdir ki, mövsüm ərzində 2 oyuna çıxmaqdan imtina edən "Şəki Siti" çempionatdan kənarlaşdırılacaq. Təbii ki, son qərarı AFFA İcraiyyə Komitəsi verəcək.

Nihat

Избранный
85
1
fanat.az

2Источники