RU

DÇ-2026-ya ev sahibliyi edəcək ölkədə ŞOK: Stadionda meyitlər tapıldı

Meksikada 2026-cı il dünya çempionatını qəbul edəcəcək stadionlardan birinin yaxınlığında təxminən 500 torba insan qalıqları aşkar edilib.

Publika.az xəbər verir ki, bu barədə “El País” nəşri məlumat yayıb.

Xüsusi araşdırma qrupları və yerli hakimiyyət orqanları Qvadalaxara ətrafında axtarış aparıblar. Bu, şəhərin mundial oyunlarına hazırlaşdığı vaxta təsadüf edib.

Son bir il ərzində “Akron” arenasının 20 km radiusunda bir neçə kütləvi qəbirictanlıq aşkarlanıb.

Araşdırmaçılardan biri bildirib ki, onlar prokurorluğun işini izləyirlər. Fəallar hesab edirlər ki, hökumət onların təzyiqi olmadan hadisəni düzgün araşdırmayacaq.

Избранный
111
publika.az

1Источники