RU

“Kupyanskın 90 faizi Ukraynanın əlindədir” “Pokrovsk Mirnoqradda təşəbbüsü geri alırıq

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Ukrayna qoşunları Rusiya bölmələrini Kupyanskdan geri atıb və şəhər ərazisinin təxminən 90%-i üzərində nəzarəti ələ keçirib.

“AzPolitika” xəbər verir ki, Ukrayna mediasının yazdığına görə, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib. 

Sırski Ukrayna Müdafiəsi üzrə "Ramştayn" Təmas Qrupunun videokonfrans vasitəsilə keçirilən 32-ci iclasında iştirak edib. O, müttəfiqlərinə cəbhədəki mövcud vəziyyət barədə məlumat verib və Ukrayna Silahlı Qüvvələrinin uğurlu hərəkətlərinə dair konkret nümunələr gətirib.

"Aktiv axtarış-zərbə əməliyyatları sayəsində rusları Kupyanskdan geri atmağı və şəhər ərazisinin demək olar ki, 90%-ni nəzarətə götürməyi bacardıq", - deyə Baş Komandan bildirib.

O, Rusiya qoşunlarının 17 aydan çoxdur ki, ələ keçirməyə çalışdığı Pokrovsk sektoruna xüsusi diqqət yetirib: "Ukrayna bölmələri xətti saxlayır və təşəbbüsü geri alır. Əks-hücum əməliyyatları nəticəsində şəhərin şimal hissəsində 16 kvadrat kilometr əraziyə nəzarəti bərpa etdik. Həmçinin Pokrovskun qərbində yerləşən Qrişino, Kotlino və Udaçnoye kəndləri yaxınlığında 56 kvadrat kilometr ərazini geri aldıq".

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin təzyiqinin artmasına baxmayaraq, Ukrayna qoşunları Pokrovsk-Mirnoqrad aqlomerasiyasını müdafiə etməyə davam edir.

Eyni zamanda, o, cəbhədəki vəziyyətin çətin olaraq qaldığını qeyd edib. "Strateji hücum əməliyyatı aparmaq üçün ruslar qüvvələrini təxminən 710.000 nəfərə çatdırıblar. Əhəmiyyətli itkilərə baxmayaraq, Rusiya ordusu hücumunu davam etdirir, ancaq əhəmiyyətli əməliyyat uğuru əldə edə bilmir", - deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı vurğulayıb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
126
azpolitika.info

1Источники