RU

Gümüşdən daha bir tarixi rekord

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gümüşün qiyməti bütün dövrlər üçün ən yüksək həddinə çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.

Ticarət platformasından verilən məlumata görə, gümüşün qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 66 dolları keçib.

Bakı vaxtı ilə saat 7:01-ə olan məlumata görə, qiymətli metalın qiyməti 4,07% artaraq 1 troy unsiyası üçün 66,175 dollara çatıb.

Bakı vaxtı ilə saat 8:20-yə olan məlumata görə isə, gümüşün qiyməti artımını azaldaraq, 66,07 (3,9%) dollara düşüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
111
1
yeniavaz.com

9Источники