RU

NATO baş katibinin müavini Ermənistana səfər edəcək

NATO baş katibinin müavini Radmila Şekerinska dekabrın 18-də Ermənistana səfər edəcək.

“Yeni Sabah” armenpress-ə istinadla xəbər verir ki, səfər çərçivəsində o, Ermənistanın Baş naziri Nikol Paşinyan, Milli Məclis sədri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan və müdafiə naziri Suren Papikyanla görüşlər keçirəcək.

Şekerinska vətəndaş cəmiyyəti nümayəndələri və NATO-ya üzv ölkələrin Ermənistanda akkreditə olunmuş səfirləri ilə görüşəcək.


Telegram kanalımız
Избранный
115
1
yenisabah.az

2Источники