RU

Tanınmış qiraətçi Nadir Hüseynovun ölümü ilə bağlı yeni detallar məlum olub - Yenilənib 

Tanınmış qiraətçi Nadir Hüseynovun öldüyü qəza ilə bağlı yeni detallar məlum olub...

APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu Ceyhun Səlimov küçəsində baş verib.

Məlumata görə, Nadir Hüseynov idarə etdiyi "Nissan" markalı avtomobildə qəflətən vəfat edib.

İlkin ehtimala görə o, ürək tutması nəticəsində həyatını itirib. Aşağı sürətlə hərəkət edən avtomobil yaxınlıqdakı dayanacağa çırpılıb. Nəticədə dayanacaqda gözləyən qadın yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

14.12.2025-ci il tarixində saat 11:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Nadir Hüseynovun həkiməqədər ölüm faktı qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan digər şəxs (qadın) travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

***

Bədii qiraətçi, professor, Əməkdar artist Nadir Hüseynov uzun sürən xəstəlikdən sonra vəfat edib.

APA xəbər verir ki, bu barədə aktyor Nofəl Vəliyev sosial şəbəkədə paylaşım edib.

Poliqon.info

Избранный
82
14
poliqon.info

10Источники