ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva Rusiya–Ukrayna münaqişəsinin ilkin səbəblərini diplomatik yollarla aradan qaldırmağa üstünlük verərdi. Lakin danışıqlardan imtina olunacağı təqdirdə Rusiya məqsədlərinə hərbi yolla nail olacaq.
KONKRET.az xəbər verir ki, Putin bu fikirləri Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında səsləndirib. Onun sözlərinə görə, Rusiya münaqişənin kök səbəblərini danışıqlar vasitəsilə həll etməyə hazırdır, ancaq Ukrayna və onu dəstəkləyən xarici tərəflər substantiv dialoqdan imtina edərsə, Moskva hərbi tədbirlərə əl atacaq.
Rusiya prezidenti qeyd edib ki, Ukraynanın arxasında NATO ölkələrinin potensialı dayanır. O, alyansın Kiyevə genişmiqyaslı hərbi yardım göstərdiyini, kəşfiyyat məlumatları ötürdüyünü, həmçinin təlimatçı və muzdlu döyüşçülərin iştirak etdiyini vurğulayıb.
Putin eyni zamanda bildirib ki, Rusiya Federasiyasının strateji nüvə qüvvələri qlobal miqyasda çəkindirmə və qüvvələr balansının qorunmasında əsas rolunu saxlamaqdadır.
Bununla yanaşı, dövlət başçısı orduda robot texnikası və süni intellekt texnologiyalarının sürətlə tətbiq olunması ilə bağlı tapşırıqlar verib, həmçinin hərbi və hərbi-texniki sahədə xarici ölkələrlə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, “Oreşnik” raket kompleksi 2025-ci ilin sonunadək döyüş növbətçiliyinə veriləcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.