Bakı. Trend:
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və OmanSultanlığının iqtisadiyyat naziri Said bin Mohammed bin Ahmed AlSaqri iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanlarınımüzakirə ediblər.
Trend bu haqdaAzərbaycanın Energetika Nazirliyinə istinadən xəbər verir.
“Görüşdə Azərbaycanın neft hasilatı sahəsində tarixi təcrübəsi,təbii qazın təchizatçısı kimi enerji təhlükəsizliyində mühüm rolu,həmçinin bərpa olunan enerjinin istehsalı və ixracı istiqamətindəhəyata keçirilən layihələr barədə məlumat verilib. “Xəzər-Qaradəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin elektrik enerjisi,fiber-optik və hidrogen komponentlərindən bəhs edilib. Həmçininməlumat mərkəzlərinin yaradılması və onların elektrik enerjisi ilətəchizatı, bu sahəyə investisiyaların təşviqi ilə bağlı fikirmübadiləsi aparılıb”,-deyə məlumatda qeyd olunur.
Söhbət zamanı Omanın neft və qaz sahəsinə davamlıinvestisiyaları qeyd olunub. Bu sektorun həm Oman, həm də dünyaüçün uzun müddət əhəmiyyətini saxlayacağı vurğulanıb
“Bildirillib ki, Oman mayeləşdirilmiş təbii qaz (LNG)istehsalına investisiya qoyur və bu sahədə regionun əsasixracatçılarından biri olmağı hədəfləyir. Həmçinin artıq ölkədədörd böyük günəş sənaye parkı fəaliyyət göstərir və hədəf 2040-cıilə qədər enerji ehtiyaclarının 40%-ni bərpa olunan mənbələrdəntəmin etməkdir. Omanın 2030-cu ilə qədər 1 milyon ton “yaşılhidrogen” istehsalını planlaşdırdığı qeyd olunub.
Görüşdə iki ölkə arasında neft və qaz sektorunda imzalanmışsənədlər çərçivəsində əməkdaşlıq istiqamətlərininmüəyyənləşdirilməsi, günəş panelləri və külək turbinlərininistehsalı, habelə bütün enerji sektoru üzrə əməkdaşlıq imkanlarınınqiymətləndirilməsi razılaşdırılıb.