RU

Səhiyyə naziri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb (FOTO)

Bakı.Trend:

Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatının (BMT)Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva iləgörüş keçirilib.

Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri TeymurMusayev ölkəmizdə səhiyyə sisteminin inkişafının dövlət siyasətininprioritet istiqamətlərindən biri olduğunu qeyd edib.

Nazir bildirib ki, bu sahədə aparılan islahatlar AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyistrateji inkişaf xəttinə uyğun olaraq ardıcıl şəkildə həyatakeçirilir. O, beynəlxalq tərəfdaşlarla, xüsusilə BMT iləəməkdaşlığın səhiyyə sahəsində davamlı inkişafın təmin olunmasındamühüm rol oynadığını vurğulayıb.

Sonda Azərbaycanın səhiyyə naziri əməkdaşlığın bundan sonra dasəmərəli olacağına əminliyini ifadə edib.

Səhiyyə
Səhiyyə
Məqalədə:
Избранный
136
az.trend.az

1Источники