RU

Fransada bələdiyyə sədri bu səbəblərdən vəzifəsindən uzaqlaşdırıldı 

Fransada Lill Böyükşəhər Bələdiyyəsinin sədri Damien Kastelen korrupsiya ittihamı ilə məhkum edildikdən sonra vəzifəsindən uzaqlaşdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Duvai Apellyasiya Məhkəməsi bələdiyyə sədri Kasteleni dövlət əmlakını mənimsəmə və etimaddan sui-istifadə cinayətlərində təqsirli bilərək, 18 ay şərti həbs və 20 min avro cərimə cəzasına məhkum edib.

Məhkəmə dərhal icra olunmaq şərti ilə bələdiyyə sədrinə 2 il müddətinə siyasətlə məşğul olmaq qadağası qoyub.

2014-cü ildən bəri bələdiyyə sədri vəzifəsini icra edən Kastelen hökm oxunduqdan sonra vəzifəsindən uzaqlaşdırılıb.

Lill Böyükşəhər Bələdiyyəsi tərəfindən yayılan yazılı açıqlamada bildirilib ki, Kastelenin rəsmi şəkildə uzaqlaşdırılmasından sonra bələdiyyə sədrinin müavini Erik Skayronka müvəqqəti olaraq sədr vəzifəsini icra edəcək.

Избранный
44
1
operativmm.az

2Источники