RU

Qərbi Kaspi Universitetində dequstasiya və tanıtım sərgisi keçirilib

Qərbi Kaspi Universitetində “Azərbaycanın unudulmuş ləzzətlərinin qastronomiya turizminə qazandırılması” adlı dequstasiya və tanıtım sərgisi keçirilib.

Tədbir Turizm və sahə iqtisadiyyatı kafedrasının təşkilatçılığı ilə baş tutub. 
Sərgi çərçivəsində tələbələr öz bölgələrinə məxsus, zamanla unudulmağa üz tutmuş milli mətbəx nümunələrini təqdim ediblər. Onlar yeməklərin hazırlanma qaydaları, tarixi və regional xüsusiyyətləri haqqında iştirakçılara ətraflı məlumat veriblər.
Məqsəd Azərbaycan mətbəxinə məxsus, zamanla unudulmağa üz tutmuş milli yeməklərin yenidən tanıdılması, onların qastronomiya turizmi vasitəsilə daha geniş auditoriyaya çatdırılması və mədəni irsimizin qorunmasına töhfə verməkdir.
 Sərgi çərçivəsində tələbələr öz bölgələrinə məxsus milli mətbəx nümunələrini təqdim ediblər. Onlar yeməklərin hazırlanma qaydaları, tarixi və regional xüsusiyyətləri haqqında iştirakçılara ətraflı məlumat veriblər. Təqdimatlardan sonra hazırlanan təamlar dequstasiya olunub. Ləzzətli təamlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və tədbir ümumilikdə yüksək qiymətləndirilib.
 Tədbirin sonunda bütün iştirakçı tələbələr sertifikatlarla təltif ediliblər. 
Qərbi Kaspi Universiteti Azərbaycanın zəngin kulinariya irsinin qorunması və qastronomiya turizminin inkişafına, eləcə də bu kimi layihələrin təbliği və təşviqi üçün hər zaman dəstək göstərir. Bu təşəbbüs gələcəkdə də ənənəvi olaraq davam etdiriləcək.

Избранный
116
yenilik.az

1Источники