RU

Finlandiya baş naziri deputatların “irqçi” jestlərinə görə Şərqi Asiyadan ÜZR İSTƏDİ

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Finlandiyanın baş naziri çərşənbə günü Yaponiya, Çin və Cənubi Koreya vətəndaşlarından üzr istəyib. Buna səbəb sağçı koalisiya hökumətinə daxil olan populist “Finlər Partiyası”ndan olan bəzi deputatların sosial şəbəkələrdə Şərqi Asiya xalqlarına qarşı irqçi sayılan jestlərlə fotolar paylaşması olub.Bizim.Media xəbər verir ki, bu barədə scmp.com saytı yazıb.

 

Sözügedən deputatlar fotolarda gözlərinin kənarlarını dartaraq, geniş şəkildə Şərqi Asiyalılara qarşı təhqiramiz və irqçi jest kimi qəbul edilən hərəkətlər ediblər. Bu paylaşımlar cəmiyyətdə ciddi narazılıq və beynəlxalq reaksiyalara səbəb olub.

Deputatlar iddia ediblər ki, həmin fotoları 2025-ci ilin “Miss Finlandiya”sı Sara Dzafceni dəstəkləmək məqsədilə yayıblar. Sara Dzafce noyabr ayında sosial mediada oxşar jestlə paylaşım etdiyinə görə ötən həftə titulundan məhrum edilmişdi.Hadisə Finlandiyada irqçilik və siyasi məsuliyyət mövzusunda geniş müzakirələrə yol açıb.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
63
1
bizim.media

2Источники