RU

BMU da yaşıllaşdırma aksiyası

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı Mühəndislik Universitetində (BMU) “Yaşıl kampus” konsepsiyasının təşviqi, o cümlədən ekoloji tarazlığın qorunması, ölkədə həyata keçirilən yaşıllaşdırma təşəbbüslərinə dəstək məqsədi ilə yeni ağaclar əkilib.

Kampus ərazisində Abşeron yarımadasının təbiəti, iqlimi və relyefinə uyğun olaraq müxtəlif növ ağacların əkilməsində universitet rəhbərliyi, əməkdaşlar və tələbələr fəal iştirak ediblər.

Aksiya, eyni zamanda BMU-nun BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin  13-cü (İqlim dəyişikliyi ilə mübarizə) və 15-ci (Torpaq ekosistemlərinin qorunması) istiqamətlərinə  uyğun fəaliyyət strategiyasının mühüm tərkib hissəsi olmaqla, ekosistemin, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, ekoloji mədəniyyətin təbliği və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək hədəflərinə xidmət edib. 

Qabil ƏLİYEVXQ 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
2
xalqqazeti.az

4Источники