RU

Norveçdən Rusiyaya qarşı ilginc plan

Norveç Silahlı Qüvvələri Rusiya ilə hərbi münaqişə halında bir neçə yeni körpünü partlatmağı planlaşdırır. Bunun üçün artıq tədbirlər də görülüb.

Publika.az xəbər verir ki, bu barədə "VG" qəzeti məlumat yayıb.

Norveç Silahlı Qüvvələrinin Əməliyyat Qərargahının mayoru və mühəndisi Hakon Qersum Hellenin sözlərinə görə, Rusiya ilə münaqişə vəziyyətində hansı konkret obyektlərin məhv edilə biləcəyi barədə məlumatlar əsasən məxfi saxlanılır.

"Körpülərin dağıdılması hələ də çox aktualdır. Bu, düşmən üçün dilemma yaradır. Körpü dağıdılsa, nə silahlar, nə də dronlar ordunun hərəkətliliyini bərpa edə bilər", - deyə o vurğulayıb.

Избранный
113
publika.az

1Источники