RU

Macarıstan qələbə qazandı Orban bəyan etdi

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Avropa İttifaqının Brüsseldə keçiriləcək sammitinin gündəliyindən dondurulmuş Rusiya aktivlərinin müsadirəsi məsələsi çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban jurnalistlərlə söhbəti zamanı məlumat verib.

“Macarıstan Aİ sammiti ərəfəsində aparılan danışıqlarda qələbə qazandı”, — deyə Orban bildirib.

Baş nazirin sözlərinə görə, Rusiya aktivləri ilə bağlı məsələnin qarşıdan gələn Avropa İttifaqı sammitində müzakirə olunmayacağı haqda onu Avropa Komissiyasının sədri Ursula fon der Leyen  məlumatlandırıb.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
123
globalinfo.az

1Источники