RU

PSJ Qitələrarası Kubokun qalibi olub

Bakı, 17 dekabr, AZƏRTAC

FIFA-nın Qitələrarası Kubokunun qalibi bəlli olub.

AZƏRTAC xəbər verir ki, finalda Fransanın PSJ və Braziliyanın “Flamenqo” komandaları qarşılaşıblar. Qətərin paytaxtı Doha şəhərində reallaşan görüşün əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında isə 2:1 hesabı ilə qalib gələn PSJ kubokun sahibi olub.

Избранный
63
11
azertag.az

10Источники