RU

Qurbanovun Monte Karlo və Kıbrısın qumar masasındakı QÜDRƏTİ - sarışın və əsmər qızlarla həftəsonu payız gecələri MASALI

 Azərbaycan Yelkənli İdman Federasiyasının prezidenti, Dövlət Dəniz Akademiyasını rektoru Qüdrət Qurbanovla bağlı yeni məlumatlar var. On beş il ərzində Dövlət Dəniz Administrasiyasına və Agentliyinə rəhbərlik etməsi Qurbanovu zəngin məmurlardan birinə çevrilməsi artıq heç kimə sirr deyil.

Paytaxt.org-a yazan mötəbər mənbə iddia edir ki, adı uzun müddət korrupsiya və rüşvətxorluq əməllərində hallanan, Mehdiyevə yaxın yüksək ranqlı dövlət işçilərindən biri də  Qüdrət Qəmbər oğlu Qurbanovdur.

Beləki, sabiq Milli Təhlükəsizlik naziri  Eldar Mahmudovla vaxtı ilə qolboyun gəzən həmçinin boz kardinalın dəniz, liman işlərini qüsursuz həyata keçirmiş vəzifə sahibi Qüdrət Qurbanovun qumar həvəskarı olması ilə bağlı sosial mediada bir qisim yazılar tirajlanır. 

Bildirirlir ki, Qüdrət Qurbanov güclü qumar həvəskarıdır. Uzun illərdir xarici ölkələrdə yəni Monte Karloda, Bolqarstanda, və Kıbrısda milyonları qumarda qoyur. Bu milyonlar isə Azərbaycandan oğurlanıb xaricə daşınan dövlətə aid olan pullardır. Amma, nədənsə Qurbanovdan bu pulları hardan və necə əldə etməsi ilə bağlı dövlətin tələbi yoxdur. Axı vaxtı ilə Qurbanovlar ailəsi  Ulu Öndər Heydər Əliyevin Naxçıvana getməsinə əngəl törədən və Muxtar Respubilkada xaos yaradanlardən olub. İndi isə nədənsə gözəgörünməz qüvvələrin dəstəyi Qurbanovları sərvət içində yaşadır və qoruyur.


Избранный
128
paytaxt.org

1Источники