Onun sözlərinə görə, minaların ölkənin şərq sərhədi boyunca yerləşdirilməsi, eləcə də mümkün ixrac istiqamətləri arasında Ukraynanın yer alması nəzərdən keçirilir.
Zalyevski qeyd edib ki, piyada əleyhinə minalar Polşanın Belarusla və Rusiyanın Kalininqrad vilayəti ilə sərhədlərinin möhkəmləndirilməsini nəzərdə tutan “Şərq qalxanı” adlı müdafiə proqramının tərkib hissəsi olacaq.