İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı genişləndirilib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, istintaq çərçivəsində Aleyna Tilki, Danla Bilic və İrem Sak İstanbul Vilayət Jandarma Komandanlığı qrupları tərəfindən saxlanılıb.
Xaricdə olduqları müəyyən edilən Şevval Şahin, Şeyma Subaşı və Mert Vidinli haqqında həbs qərarı verilib. Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə yaşadıqları ünvanda tapılmayıb.