RU

Masallı Rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirildi » AzadMedia.az


18 dekabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirmişdir.

Görüş-qəbul zamanı vətəndaşlar tərəfindən ümumilikdə 3 müraciət qeydə alınmışdır.

Qəbulda iştirak edən Xırmandalı kənd sakininin müraciəti aliment məsələsi ilə bağlı olub.
Digər müraciətlərdən biri Masallı şəhər sakininə aid olmaqla torpaq rüsumunun vaxtında ödənilməməsi səbəbindən sosial müavinətin dayandırılması ilə əlaqədar olub.
Xıl kənd sakininin müraciəti isə evinin təmiri üçün maddi dəstək göstərilməsi məsələsini əhatə edib.

Müraciətlər aidiyyəti üzrə araşdırılması və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nəzarətə götürülmüşdür.

Sonda Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov vətəndaş qəbulunu yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlarını vermişdir.
Избранный
113
1
azadmedia.az

2Источники