Dünya bazarlarında aparılan son ticarət əməliyyatları nəticəsində Azərbaycan neftinin qiymətində azalma qeydə alınıb.
Far.Az-in məlumatına görə, "Azeri Light" markalı neftin bir bareli 0,95 dollar və ya 1,52% geriləyərək 63,40 ABŞ dolları səviyyəsinə enib.
Xatırladaq ki, dövlət büdcəsində bu il üçün "Azeri Light" neftinin bir barelinin orta qiyməti 70 dollar nəzərdə tutulub.