RU

Venesuela prezidenti Trampın əsl niyyətini açıqladı

Venesuela prezidenti Nikolas Maduro Donald Trampın Cənubi Amerika ölkəsinə qarşı "əsl niyyətlərini" açıqlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Maduro ABŞ-nin "neft, torpaq və digər aktivlərini" oğurladığını iddia edib. 

Ona görə, Trampın açıqlaması göstərir ki, ABŞ əslində rejim dəyişikliyinə, eləcə də Venesuelanın ərazisinə və resurslarına nəzarət etməyə çalışır.

ABŞ əvvəllər ölkə yaxınlığında dəniz qüvvələrinin toplanmasını narkotik qaçaqmalçılığına qarşı mübarizə məqsədi daşıdığını bildirib.

Venesuela lideri hesab edir ki, ABŞ-nin ölkəsindəki əsl məqsədi rejim dəyişikliyi, 47 saat davam etməyəcək, Konstitusiyanı, suverenliyi və bütün sərvəti təhvil verəcək və Venesuelanı müstəmləkəyə çevirəcək "kukla hökumət" qurmaqdır.

Maduro son olaraq bildirib ki, "bu, sadəcə olaraq heç vaxt baş verməyəcək".

Gülayə Mecid 

Избранный
153
unikal.az

1Источники