RU

Mediada İnklüziv Dildən İstifadənin Təşviqi mövzusunda seminar keçirilir

Bakı. Trend:

Bakıda BMT-nin Azərbaycandakı nümayəndəliyi və AzərbaycanRespublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin(ƏƏSMN) təşkilatçılığı ilə Mediada İnklüziv Dildən İstifadəninTəşviqi mövzusunda seminar keçirilir.

Trend xəbərverir ki, seminarda media nümayəndələri, Əlilliyi Olan ŞəxslərinTəşkilatları, BMT Kommunikasiya Qrupu və BMT İnklüzivlik üzrə İşçiQrupu, əlillik hüquqları üzrə ekspertlər iştirak edirlər.

Seminar media peşəkarları arasında inklüziv dil və əlillikmövzularının məsuliyyətli işləndirilməsi barədə məlumatlılığıartırmaq, media qurumları, Əlilliyi Olan Şəxslərin Təşkilatları,ƏƏSMN və BMT sistemi arasında əməkdaşlığı gücləndirmək, medianümayəndələri üçün ayrı-seçkilikdən uzaq və səlahiyyətləndirən(gücləndirici) dilin istifadəsinə dair praktiki alətlər vənümunələr təqdim etmək, əlilliyi olan şəxslərlə media arasındadialoq platforması yaratmaq və onların hekayələrinin ləyaqət,bərabərlik və şəxsiyyəti əks etdirməsini təşviq etmək məqsədidaşıyır.

Seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müaviniRəşad Mustafayev və BMT-nin Azərbaycandakı RezidentƏlaqələndiricisi Vladanka Andreeva çıxış edəcəklər.

Seminar çərçivəsində “Seçdiyimiz Sözlər” adlı interaktiv səhnəvə Azərbaycanda medianın əlilliyi təsvir-təhlilində dildən istifadəbarədə interaktiv çalışma təşkil ediləcək.

Sonra isə "Əlillik və inklüzivliyin dərkı – əsas anlayışlar vəterminologiya" mövzusunda Əlilliyi Olan Şəxslər üçün MüstəqilYaşayış Mərkəzinin nümayəndəsi Aydın Xəlilov, BMT İnklüzivlik üzrəİşçi qrupunun Koordinatoru Gülər Fətəlinin təqdimatları olacaq.

Xəbər yenilənəcək

Məqalədə:
Избранный
108
3
az.trend.az

4Источники