Bakı. Trend:
Bakı Limanının ümumi yükaşırma nəticələrində davamlı artımmüşahidə edilir.
Trend xəbərverir ki, bu barədə liman ərazisinə təşkil edilən mediatur zamanıməlumat verilib.
Bildirilib ki, əgər Ələt qəsəbəsində müasir liman kompleksininistifadəyə verildiyi 2018-ci ildə Bakı Limanı vasitəsilə 3 milyon787 min ton yük aşırılmışdısa, cari ilin 11 ayı ərzində bu rəqəm 7milyon 547 min tona yüksəlib.
Qeyd edilib ki, bu yüksək nəticələr Bakı Limanının regionun ənetibarlı logistik qovşaqlarından olduğunu bir daha sübut edir vəAzərbaycanın logistik sisteminin yeni inkişaf mərhələsinə qədəmqoyduğunu göstərir.
"Limanın yükaşırma göstəricilərinin artması Azərbaycanın ŞərqləQərb arasında strateji logistik marşrut kimi mövqeyini daha damöhkəmləndirir. Bakı Limanında yaşıl və rəqəmsal logistik həllərintətbiqi və Orta Dəhliz üzrə inteqrasiyanın dərinləşməsi daha böyükyük həcmləri, daha geniş ticarət əlaqələri və ölkə iqtisadiyyatınadaha irihəcmli əlavə dəyər vəd edir", - məlumatda vurğulanıb.
Qeyd edək ki, son dövrdə Azərbaycanın tranzit rolu ildən-iləmöhkəmlənir, yeni logistik əməkdaşlıqlar və modern infrastrukturnəticəsində yük əməliyyatları sürətlənib və daha çox həcmdə yükqəbul edilir. 2025-ci ilin 11 ayında ADY Orta Dəhliz üzrə 350blok-qatar qəbul edib. Bu, 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 34% çoxdur.