RU

Barışmaq adı ilə aldatdığı keçmiş arvadını amansızlıqla qətlə yetirdi Qusardakı cinayətin TƏFƏRRÜATI ÖZƏL

Bizim media saytına istinadən ain.az xəbər verir.

Qusar rayonunun Hil kəndində baş verən ağır cinayət hadisəsinin təfərrüatı məlum olub.

MÖVZU İLƏ BAĞLI:Qusarda kişi keçmiş arvadını öldürdü

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Asif Tayıbov keçmiş həyat yoldaşı Diana Tayıbovanı xüsusi amansızlıqla qətlə yetirib.Belə ki, cütlük üç il əvvəl boşanıb. Onların üç övladı olub, uşaqlardan ikisi atanın, biri isə ananın himayəsində yaşayırmış.Məlumata əsasən, Asif Tayıbov keçmiş arvadı ilə barışmaq məqsədilə onu aldadaraq yaşayış olmayan bir evə aparıb. O, həmin evi qadın üçün kirayə tutacağını bildirib. Daha sonra evdə Diana Tayıbovanın əl-qolunu bağlayaraq ona ağır xəsarətlər yetirib və qadını öldürüb.Asif Tayıbov ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib.Faktla bağlı araşdırma aparılır.Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
63
2
bizim.media

3Источники