RU

Türkiyədə Aleyna Tilki də daxil olmaqla bəzi məşhurlar saxlanıldı

İstanbulda məşhurları hədəf alan qanunsuz maddə əməliyyatı keçirilib.

Xəbər verilir ki, İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində 18 dekabr 2025-ci il saat 07:00-dan etibarən şəhərin 7 ünvanında axtarış aparılıb.

Əməliyyat nəticəsində Aleyna Tilki, Danla Bilic, İrem Sak və Mümine Senna Yıldız saxlanılıb. Axtarış zamanı Mümine Senna Yıldızın evindən təxminən 5 qram marixuana və üyütmə aparatı aşkar edilib.

Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə ünvanlarında tapılmayıb. İstintaq davam edir.


Избранный
123
azia.az

1Источники