RU

Avstraliya nifrət nitqinə qarşı qanunları sərtləşdirir

London, 18 dekabr, AZƏRTAC

Avstraliya hökuməti “Bondi” çimərliyində baş verən terror hücumundan sonra nifrət nitqinə qarşı qanunvericiliyin sərtləşdirildiyini elan edib.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, bazar günü “Bondi” çimərliyində yəhudilərin Hanuka bayramını qeyd etdiyi vaxt min nəfərdən çox insanın toplaşdığı məkanda silahlı hücum həyata keçirilib. Hücumda 24 yaşlı Navid Akram ilə onun atası, 50 yaşlı Sacid Akramın iştirak etdiyi bildirilir.

Hökumətin təklif etdiyi yeni tədbirlər çərçivəsində zorakılığın təşviqinə görə cəzaların ağırlaşdırılması, zorakılığı təbliğ edən dini təbliğatçılar və liderlər üçün ağırlaşdırılmış nifrət nitqi cinayətinin yaradılması, həmçinin zorakılıq və ya irqi nifrəti təşviq edən təşkilat rəhbərlərinin fəaliyyətinə görə belə qurumların siyahıya alınmasını nəzərdə tutan mexanizmin hazırlanması planlaşdırılır.

Qeyd edək ki, hadisə nəticəsində 15 nəfər həyatını itirib. Bu, ölkədə son təxminən 30 ilin ən ağır kütləvi hücumlarından biri kimi qiymətləndirilir. Navid Akram hücumla bağlı 59 maddə üzrə ittiham olunub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
120
azertag.az

1Источники