RU

Renat Polşa klubuna lazım deyil MPL təmsilçisinə keçə bilər

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın "Motor" klubuna lazım deyil.

Fanat.Az-ın məlumatına görə, Lyublin təmsilçisi Dadaşovun və daha 2 futbolçunun yanvarda özlərinə yeni iş yeri axtarmasına icazə verdiyini rəsmən açıqlayıb. 

Renatın xidmətində iki Azərbaycan klubunun maraqlı olduğu dəqiqdir, lakin o, öncə Avropada qalmaq variantlarını nəzərdən keçirmək niyyətindədir.

Xatırladaq ki, Dadaşov "Motor"a cari mövsümün əvvəlində qoşulub. Ön xətt oyunçusu Polşa komandasında 12 matça çıxıb.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
1
fanat.az

2Источники