RU

Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsini alqışlayıb

Bakı. Trend:

Azərbaycandan neft məhsullarının ilk partiyası Ermənistanagöndərilir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri NikolPaşinyan jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Mən bilirəm ki, Azərbaycanda istehsal olunmuş neft məhsullarıilə yüklənmiş ilk qatar artıq Ermənistana doğru hərəkət edir. Buinkişafı alqışlayıram”, – deyə o bildirib.

Onun sözlərinə görə, ticarət özəl şirkətlər arasında həyatakeçirilir, lakin bunun üçün siyasi şərait Ermənistanla Azərbaycanarasında sülhün bərqərar olunması sayəsində yaradılıb.

“Siyasi səviyyədə də razılaşmalar olub. İlk sövdələşmə artıqreallığa çevrilib”, – deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə bmətbuata birgəbəyanatda xüsusilə vurğulayıb ki, Azərbaycan işğal dövründən bərimövcud olan Ermənistan istiqamətində yük tranzitinə dair bütünməhdudiyyətləri aradan qaldırıb.

“Həmçinin deməliyəm ki, Azərbaycan Ermənistana işğaldan bərimövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb.Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub.Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhünyalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşıgöstəricisidir”,- deyə Prezident İlham Əliyev vurğulayıb.

Избранный
43
4
az.trend.az

5Источники