RU

Prezidentin təşəbbüsü humanizmin, sosial ədalətin parlaq təzahürüdür

Bakı. Trend:

Amnistiya institutu müasir hüquqi dövlətlərin humanizmprinsiplərinə söykənən mühüm mexanizmlərindən biridir. AzərbaycanRespublikasında bu institutun tətbiqi dövlətin hüquq siyasətindəinsan amilinə, sosial ədalətə və cəmiyyətin sağlamlaşmasına verilənönəmin bariz göstəricisidir. Prezident İlham Əliyevin amnistiyatəşəbbüsləri məhz bu baxımdan hüquqi və sosial baxımdan xüsusiəhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraqamnistiya aktları Milli Məclis tərəfindən qəbul edilir. Lakin buaktların təşəbbüsü, konseptual çərçivəsi və siyasi-fəlsəfi əsasıbilavasitə Prezident İlham Əliyevin humanist dövlətçilikyanaşmasına söykənir. Amnistiya aktları, adətən, az ağır və ortaağır cinayətlərə görə məhkum edilmiş şəxslərə şamil olunur, cəzanıntam və ya qismən çəkilməsindən azad etmə, yaxud cəzanınyüngülləşdirilməsi ilə nəticələnir.

Bu təşəbbüslər hüquqi baxımdan bir neçə mühüm funksiyanı yerinəyetirir. Belə ki, cinayət-hüquq siyasətində diferensial və çevikyanaşmanı təmin edir, cəzanın yalnız cəzalandırma deyil, islah vəyenidən cəmiyyətə inteqrasiya məqsədi daşıdığını təsdiqləyir,penitensiar sistemdə yükün azaldılmasına və hüquqi tarazlığınqorunmasına xidmət edir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiyaaktları hüquqi dövlət prinsipinə zidd olmayaraq, məhkəməqərarlarının legitimliyini şübhə altına almadan, humanist korrektivmexanizm kimi çıxış edir.

Amnistiya təşəbbüslərinin sosial əhəmiyyəti daha geniş vəçoxşaxəlidir. İlk növbədə, bu addımlar cəmiyyətə dövlətinmərhəmətli və sosial məsuliyyət daşıyan obrazını təqdim edir.Azadlığa buraxılan şəxslərin ailələrinə qovuşması, sosialmünasibətlərin bərpası, onların normal həyata dönüşü cəmiyyətinümumi mənəvi mühitinə müsbət təsir göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə amnistiyaaktlarının xüsusilə müəyyən sosial kateqoriyalara — qadınlara,azyaşlı övladı olanlara, yaşlılara, əlilliyi olan şəxslərə şamiledilməsi dövlət siyasətində sosial ədalət və fərdi yanaşmaprinsipinin əsas götürüldüyünü nümayiş etdirir. Bu, cəmiyyətə açıqmesajdır: dövlət səhv etmiş, lakin islah olunmaq potensialı olaninsanlara ikinci şans verməyə hazırdır.

Prezident İlham Əliyevin amnistiya təşəbbüsləri onun ümumiidarəetmə fəlsəfəsinin — güclü dövlət, sosial rifah və humanizmvəhdətinin tərkib hissəsidir. Bu yanaşma bir tərəfdən qanununaliliyini qoruyur, digər tərəfdən isə cəmiyyətin sosial-mənəvisağlamlığını prioritet elan edir.

Amnistiya aktları həm də ictimai barışın möhkəmlənməsinə,hüquq-mühafizə orqanları ilə vətəndaşlar arasında etimadınartmasına xidmət edir. Cəmiyyət anlayır ki, dövlət yalnızcəzalandıran deyil, eyni zamanda bağışlayan, islah edən və sosialreinteqrasiyanı dəstəkləyən mexanizmlərə malikdir.

Prezident İlham Əliyevin amnistiya təşəbbüsü Azərbaycandövlətinin hüquqi və sosial siyasətində mühüm yer tutur. Butəşəbbüslər humanizm, sosial ədalət və hüquqi tarazlıqprinsiplərinin real təzahürü kimi çıxış edir. Amnistiya aktlarıcəmiyyətin sağlamlaşmasına, minlərlə ailənin sevincinə,dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə xidmət etməklə,müasir və məsuliyyətli dövlətçilik modelinin ayrılmaz tərkibhissəsi olduğunu bir daha təsdiqləyir.

Milli Məclisin deputatı,

Əminə Ağazadə

Məqalədə:
Избранный
72
4
az.trend.az

5Источники