RU

Tıxaclar var, hər şeyi təcili yardımın üstünə yıxmaq olmaz – Professor

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda 46 yaşlı müəllim Sevda Həsənova məktəbdə qəfil dünyasını dəyişib. Onun yaxınları iddia edirlər ki, təcili tibbi yardım hadisə yerinə olduqca gec gəlib. Ümumiyyətlə, təcili tibbi yardımın vaxtında gəlməməsi ilə bağlı şikayətlər illərdir ki, aktualdır. Bəs bu problemin kökündə nə dayanır? Mövzu ilə bağlı Ajans.az-a danışan professor, həkim Adil Qeybulla deyib ki, hər şeyi təcili yardımın üzərinə yıxmaq doğru deyil: “Hər yerdə tıxaclar var, təcili yardım vaxtında gəlib çıxa bilmir. Çağırışlar həddən artıq çoxdur. Dünyanın heç bir yerində təcili yardım bizdəki kimi deyil, sistem tam başqadır. Məsələn, dərsdə vəfat edən bu müəllimə son dəfə nə vaxt müayinə olunub? Ölümdən sonra meyit yarıldımı, ölüm səbəbi təyin edildimi? Yox. Ona görə də müəmmalı ölümlərlə üz-üzə qalırıq. 
Biz işimizi düzgün qurmalıyıq, insanlar müayinə olunmağa, özünü zamanında yoxlatdırmağa meyilli olmalıdır. Ola bilər təcili yardım gələydi, amma heç bir kömək edə bilməzdi. Bu şeyləri dünya necə həll edirsə, biz də o cür həll etməliyik”.

Избранный
28
Ajans.az

1Источники