RU

İş adamının pulunu ələ keçirməkdə təqsirləndirilən şəxslərin məhkəmə hazırlıq iclası keçirilib

Bakı. Trend:

Azərbaycanda iş adamının pulunu ələ keçirməkdə təqsirləndirilənCeyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmovvə Zaur Qurbanovun cinayət işi üzrə məhkəmə hazırlıq iclasıkeçirilib.

Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə anketməlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatətverib.

Təqsirləndirilən şəxslərin vəkilləri müvəkkiləri barəsində olanhəbsin ev dusdaqlığı ilə əvəz edilməsini istəyib.

Təqsirləndirilən Cavid Hüseynlinin vəkili vəsatətində bildiribki, zərərçəkənə ziyanın bir qismi ödənilib. Tam ödənilməsi üçünCavid Hüseynli barəsində olan həbs qətimkan tədbirinidəyişdirilməsini istəyib.

Zərərçəkən Quvat Beybutov vəsatəta münasibət yanlız CavidHüseynli barəsində olan həbs qətimkan tədbirin dəyişdirilməsini,digər şəxslərin vəsatətləri təmin edilməməsini xahiş edib.

Dövlət ittihamçısı vəsatət münasibətdə qeyd edib ki, CavidHüseynlinin vəsatəti təmin edilib, digər vəsatətlər təminedilməməsini və iş baxışa verilməsini təklif edib.

Məhkəmə Cavid Hüseynliyə nisbətdə verilmiş vəsatət təminedilməsi, barəsində olan həbs qətimkan tədbiri ev dusdaqlığınadəyişdirilsin, məhkəmə zalından sərbəst buraxılması barədə qərarqəbul edib.
Digər vəsatətlər təmin edilməyib və cinayət işi baxışa verilib.

Məhkəmənin baxış iclası 25 dekabrda keçiriləcək.

Qeyd edək ki, iş üzrə zərərçəkən şəxs qismində iş adamı QuvatBeybutov tanınır. Təqsirləndirilən şəxslər dələduzluq yolu ilə onun4 milyon 19 min manat pulunu ələ keçirib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.4-cü(dələduzluq,xüsusi ilə külli miqdarda törədildikdə)maddəsi iləittiham edilir.

Избранный
111
az.trend.az

1Источники