Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Britaniyanın Meteorologiya İdarəsi ("Met Office") apardığı hesablamalar nəticəsində belə proqnoz yayıb. Məlumata əsasən, 2026-cı il üçün temperatur artımı nisbəti 1,34-1,58 dərəcə aralığındadır. Maraqlıdır ki, göstərilən orta dərəcə (1,46) isə 2024-cü ilin rekordundan (1,55) aşağıdır. Professor Adam Skeyfin sözlərinə görə, ümumiyyətlə, son 3 ildə temperatur orta səviyyədən 1,4 dərəcə yüksəkdə qərarlaşıb: "2026-cı ildə də bu artım tendensiyası səngiməyəcək".
(Sənayeləşmədən qabaqkı dövrə nisbətdə 2000-ci ildən bəri qlobal temperatur artımı) Yeri gəlmişkən, Birləşmiş Millətlər Təşkilatına üzv ölkələr tərəfindən 2015-ci ildə imzalanmış "Paris Sazişi"nə əsasən, qlobal temperatur artımının sənayeləşmədən qabaqkı səviyyədən 1,5 dərəcəyədək məhdudlaşdırılması hədəfi qarşıya qoyulmuşdu. Son illər isə mütəxəssislər artıq belə bir hədəfə çatmağın mümkünlüyünə şübhə ilə yanaşırlar.

Avropada ənənəyə qayıdış: Benzin elektrikə qalib gəldi
Eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində daxili yanma mühərrikli nəqliyyat vasitələrinə qarşı kampaniyanın da özünü doğrultmadığı ötən günlərdə üzə çıxıb. Belə ki, Avropa İttifaqı (Aİ) həmin növ avtomobillərin istifadəsinə qarşı 3 il qabaq qoyduğu qadağanı istehsaçıların təzyiqi fonunda 2035-ci ilədək təxirə salıb. Belə bir addım Aİ-nin özünün "yaşıl siyasəti"ndən ən böyük geri çəkilməsi sayılır. Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.