RU

Təltif edilənlər arasında Tağı Əhmədovun xanımı da var

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə AMİU-nun bir qrup əməkdaşı təltif edilib.

Publika.az xəbər verir ki, təltif edilənlərdən arasında universitetin dosenti Salatın Əhmədovanın da adı var. O, "Tərəqqi" medalına layiq görülüb.

Modern.az-ın məlumatına görə, Salatın Əhmədova Bakı Metropoliteninin sabiq rəisi, mərhum Tağı Əhmədovun həyat yoldaşıdır. O, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktorudur. Salatın Əhmədova hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimidir.

Избранный
48
6
publika.az

10Источники